Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir

AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir

“Azərbaycanda qiymətlərin adaptasiyası prosesi çox gec gedir”.

“Report”un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

“Qiymətlərin adaptasiyası müxtəlif amillərdən asılıdır. Əsasən, monetar xarakterli olmayan, daha çox xarici amillərdən asılıdır.

Qiymətlərin düşməməsinə əsas səbəb idxal inflyasiyası, ərzaq inflyasiyası və s. amillərdir. Bu həmçinin psixoloji amillər, insanların gözləntiləri ilə bağlıdır. Bizim keçirdiyimiz iqtisadi transformasiyadan sonra gözləntilərin qısa müddətdə dəyişməsi çətindir\”, – deyə AMB sədri əlavə edib.

“Mən manatın yaxın gələcəkdə ucuzlaşması ilə bağlı fikirləri eşitdikdə çox təəccübləndim. Əlbəttə ki, bu gözləntidir”, – deyə E.Rüstəmov sözlərinə davam edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın