Çərşənbə , İyun 19 2019
Ana səhifə / Aktual / Altı yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir – FOTO

Altı yaşlı azərbaycanlı Rusiyada seriala çəkilir – FOTO

Altı yaşlı azərbaycanlı model və aktyor İmran Çələbi Rusiyada yayımlanan “Yolka 7” serialında rol alacaq.

Oxu.Az xəbər verir ki, Ramilə Çələbi “Instagram” hesabında çəkiliş meydançasından fotoları paylaşaraq məlumat verib.

İmran İvan Urqantın canlandırdığı “Boris Vorobyov”un oğlu rolunu oynayacaq.

Qeyd edək ki, serialın çəkilişləri hələ də davam edir.

Onu da bildirək ki, İmran Çələbi valideynləri ilə Sank-Peterburqda yaşayır. O, indiyədək müxtəlif brendlərin reklam çəkilişlərində iştirak edib, dəfələrlə podiuma çıxıb.

Həmçinin oxuyun

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində …