Ana səhifə / Aktual / “Altı nəfər vəzifədən azad olunub, 5-i isə…” – Zakir Qaralov

“Altı nəfər vəzifədən azad olunub, 5-i isə…” – Zakir Qaralov

Baş prokuror Zakir Qaralovun prokurorluq orqanlarının yaranmasının 100 illiyi ilə bağlı “Azərbaycan” qəzetində geniş məqaləsi dərc olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Z.Qaralov qeyd edib ki, görülmüş sistem xarakterli ardıcıl tədbirlər nəticəsində kriminogen durum ciddi nəzarət altında saxlanılmaqla özbaşınalığın və qanunsuzluğun tüğyan etdiyi ötən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisədə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı dəfələrlə azalıb. Əvvəlki illərdə törədilən bir çox ağır və xüsusilə ağır cinayətlər açılıb, təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Ötən ilin peşə bayramından bu günə kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 8604 müraciət daxil olub, onlardan 4102-si ərizə və şikayət, 4502-si isə “161-Qaynar xətt” mərkəzi ilə qəbul edilib. Qaynar xəttə daxil olan müraciətlərdən prokurorluğun səlahiyyətlərinə aid olan 306-sı üzrə araşdırma aparılıb, onlardan 15-i ilə bağlı cinayət işi açılıb. İdarədə cinayət xarakterli baxılan 279 müraciətdən 193-ü üzrə cinayət işi başlanılıb.

Qeyd olunan dövr ərzində qurumda ibtidai araşdırılması aparılan 566 cinayət işindən 348 şəxs barəsində 234 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib.

2002-ci ildən başlayaraq prokurorluğua işə qəbul üzrə 19 müsabiqə nəticəsində uğur qazanmış 873 gənc hüquqşünas prokurorluq orqanlarında qulluğa qəbul edilib. Həmin gənclərin əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilib, hazırda onlardan 125-i Baş Prokurorluqda, 44-ü isə rəhbər vəzifələrdə çalışır. Ötən ilin peşə bayramından sonra 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib, intizam məsuliyyətinə cəlb edilən 38 işçidən 25 nəfərə töhmət verilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 6 nəfər vəzifədən azad olunub, 5 nəfər prokurorluq orqanlarından xaric edilib.

Baş Prokurorluqda 1506 nəfər qəbul olunub, onlardan 206 nəfəri rəhbərlik qəbul edib, 12 səyyar qəbul üzrə 291 vətəndaş qəbul olunub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …