Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Alpinistlər icazəsiz gedib? – Rəsmi açıqlama

Alpinistlər icazəsiz gedib? – Rəsmi açıqlama

“Gilavar” Hava-Ekstremal İdman klubu itkin düşən alpinistlərin əvvəlcədən müəyyən olunmuş xətdən kənar getmələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, klub sosial şəbəkədə məlumat yayaraq bildirib ki, dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsi doğru deyil: “Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər”.

Qeyd edək ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” Hava və Ekstrim İdman Klubunun 3 üzvü itkin düşüb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …