Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / “Alpinistlər sağ qala bilərlər” – Xınalıq sakini

“Alpinistlər sağ qala bilərlər” – Xınalıq sakini

Quba rayonu istiqamətində itkin düşmüş “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun axtarışları davam edir. Azinforum.az Oxu.Az-a istinadən xəbər verir ki, Xınalıq sakinlər alpinistlərin sağ qalma ehtimalının olduğunu deyib:

“Əgər özləri ilə ərzaq götürüblərsə və mağaraya düşüblərsə sağ qala bilərlər, baxmayaraq ki, hadisədən 10-12 gün keçib”, – yerli sakinlərdən biri deyib.

Bildirilir ki, alpinistlərin itkin düşdüyü vaxt güclü çovğun olub.

Yerli sakinlər əlavə ediblər ki, qarın əriməsi may ayına qədər çəkə bilər.

Həmçinin oxuyun

“Vüqar Səfərli işi” daha kimlərin həbsinə apara bilər?

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin …