Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Aktual / Alpinistlər ailələrinə təhvil verildi (FOTO)

Alpinistlər ailələrinə təhvil verildi (FOTO)

Fəridənin meyiti Masallıya, Babur və Naminin meyiti isə Bakıya göndərilib

Alpinistlərin meyitləri ailələrinə təhvil verilməsi üçün yola salınıb.

Bu barədə Real TV-yə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Bildirilib ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadənin meyitləri Birliyin Quba rayon şöbəsində müayinə edilib.

Müayinədən sonra meyitlər ailəsinə təhvil verilib.

Fəridə Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Masallı rayonuna, Babur Hüseynov və Namin Bünyatzadənin meyitləri isə Bakıya göndərilib.

Həmçinin oxuyun

Leyla Əliyeva konsertdə – Fotolar

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert keçirilib. “Qafqazinfo” …