Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Almaniyada qaçqın kampında qıza görə dava

Almaniyada qaçqın kampında qıza görə dava

Almaniyada qaçqın kampında baş verən davada Azərbaycan vətəndaşı xəsarət alıb.

Hadisə Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən və sığınacaq axtaranların deportasiya mərkəzi kimi istifadə olunan kampda qeydə alınıb.

Belə ki, kampın yeməkxanasında Azərbaycan vətəndaşı ilə seneqallı arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə seneqallının bir neçə gün öncə azərbaycanlı xanıma sataşması olub. Yemək növbəsində duran zaman T.M. (kimlik məlumatları açıqlanmır) adlı Azərbaycan vətəndaşı 35 yaşlı seneqallıdan etdiyi hərəkətə görə xanımdan üzr istəməsini tələb edib. Bir qədər sonra iki şəxs arasında yaranan mübahisə davaya çevirilib.

Əlbəyaxa dava zamanı kənardan bir nəfər əlindəki şüşə butulkanı azərbaycanlıya atıb. T.M. başından aldığı xəsarət nəticəsində yerə yıxılıb. Davaya kampın təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə etsələr də, butulka ataraq azərbaycanlının yaralanmasına səbəb olan şəxs hadisə yerində qaça bilib.

Azərbaycan vətəndaşı təcili yardım avtomobili ilə yaxınlıqdakı hospitala çatdırılıb və onun baş nahiyəsinə 4 tikiş vurulub. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər.

Deggendorf şəhər polis təşkilatı əməkdaşlarının əməliyyatı nəticəsində azərbaycanlıya xəsarət yetirən 28 yaşlı Nigeriya vətəndaşı ərazidəki marketə daxil olan zaman saxlanılıb.

Hazırda faktla bağlı Deggendorf şəhər polis təşkilatında araşdırma aparılır.

Qeyd edək ki, hadisənin baş verdiyi kamp deportasiya ediləcək əcnəbilərin müvəqqəti qalması üçün nəzərdə tutulub. Bu kampda tez-tez kütləvi davaların baş verdiyi bildirilir. (report)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …