Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Almaniyada qaçqın düşərgəsində azərbaycanlılar arasında dava – YARALILAR VAR

Almaniyada qaçqın düşərgəsində azərbaycanlılar arasında dava – YARALILAR VAR

Almaniyanın Bavariya əyalətində yerləşən deportasiya mərkəzində azərbaycanlılar arasında baş verən davada bir nəfər xəsarət alıb.

Bu barədə “Report”un Avropa bürosuna Almaniyanın Federal Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 29-da saat 19:50 radələrində sığınacaq axtaranların deportasiyası üçün nəzərdə tutulan Deggendorfdakı qaçqın düşərgəsində 35 və 20 yaşlı azərbaycanlı arasında mübahisə yaranıb. 35 yaşlı azərbaycanlı qonşu otağa gedərək 20 yaşlı həmvətənini döyüb. Nəticədə sonuncu göz nahiyəsindən xəsarət alıb. Davaya daha iki azərbaycanlı da qoşulub. Hadisə yerinə gələn polis əməkdaşları onları saxlayıb. Xəsarət alan şəxs Deggendorfdakı hospitala aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, yaralı azərbaycanlıya ilkin tibbi yardım göstərildikdən sonra təzədən düşərgəyə qaytarılıb.

Deggendorf şəhər polisindən isə vurğulanıb ki, saxlanılan şəxslərin ilkin ifadələri alındıqdan sonra sərbəst buraxılıblar.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …