Ana səhifə / Aktual / Almaniyada Azərbaycana dəstək yürüşü

Almaniyada Azərbaycana dəstək yürüşü

Almaniyanın Nürnberq şəhərində yaşayan azərbaycanlı icması Ermənistanın təcavüzkar siyasətinə və Gəncə şəhərindəki amansız terror aktına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə yürüş-mitinq keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyada ölkənin müxtəlif bölgələrindən gələn soydaşlarımız və Türkiyənin diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər. Aksiya iştirakçıları polisin müşayiəti ilə mərkəzi küçələr boyunca hərəkət ediblər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı aksiyada Azərbaycan, alman və ingilis dillərində “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndirilib.

Aksiyanın mitinq hissəsində çıxış edənlər işğalçı Ermənistan ordusunun 11 oktyabr 2020-ci il gecə saat 2 radələrində Gəncədəki mülki yaşayış məntəqəsini raket atəşinə tutmasını sərt şəkildə pisləyiblər. Qeyd edilib ki, 9 nəfərin həlak olması, 34 nəfərin yaralanması, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulması ilə nəticələnən bu terror aktı humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Aksiya iştirakçıları bildiriblər ki, Gəncə terroru cavabsız qalmayacaq, bütün Avropa Ermənistanın terror və təxribatları barədə ətraflı məlumatlandırılacaq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …