Ana səhifə / Aktual / Allahşükür Paşazadəni Hacı Fuad əvəz edəcək

Allahşükür Paşazadəni Hacı Fuad əvəz edəcək

Avropa İttifaqının Bakı Nümayəndəliyi gələn həftə Azərbaycandakı dini konfessiyaların lider və nümayəndələrinin Brüsselə səfərini təşkil edəcək.

Azinforum.az Yenicag.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Aİ rəsmisi qeyd edib ki, səfərdə 7 dini konfessiya lideri iştirak edəcək. Səfər 25-28 sentyabrda baş tutacaq.
Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə iştirak etməyəcək. Onun əvəzində Brüsselə müavini Hacı Fuad Nurullayev gedəcək.

Brüsselə gedəcək nümayəndə heyətinin tərkibi:

Hacı Fuad Nurullayev – Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı

Ceyhun Rüstəmov – İlahiyyat məscidinin imamı

Aleksandr Şarkovski – Yəhudi icmasının sədri

Elnur Əfəndiyev – Rus Provoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi

Rasim Xəlilov – “Həyat Sözü” protestant dini icmasının başçısı

Siyavuş Heydərov – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini

Nicat Məmmədli – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın