Ana səhifə / Aktual / Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO

Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib -FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qanvermə aksiyasında iştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili Cavanşir Paşazadə və dini icmalların nümayəndələri Təzəpir məscidində keçirilən qanvermə aksiyasına qoşulub.

Qeyd edək ki, 24 rayonda (28 yerdə) keçirilən qanvermə aksiyasının 20-si məscidlərdə, səkkizi isə Mərkəzi Xəstəxana şəraitində həyata keçirilir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …