Ana səhifə / Aktual / “Allahsızlar, sizi heç nə xilas etməyəcək…” – Video

“Allahsızlar, sizi heç nə xilas etməyəcək…” – Video

“Biz hər bir evi, küçəni, şəhəri bərpa edəcəyik. Və Rusiyaya deyirik: “Reparasiya” (təcavüzkar dövlətin təcavüzə məruz qalmış dövlətə dəymiş zərəri pul və ya maddi formada ödəməsini nəzərdə tutan maddi-hüquqi məsuliyyət – red.) və “kontribusiya” (müharibədən sonra qalib dövlətin məğlub dövlətdən məcburi surətdə almalı olduğu təzminat -red.) sözlərini öyrənin. Ukraynaya qarşı etdiyiniz hər bir şeyin əvəzini tam həcmdə verəcəksiniz. Həlak olanları isə biz unutmayacağıq”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski növbəti videomüraciətində deyib.

“Siz bizim şəhərlərimizi dağıtmağa, insanlarımızı məhv etməyə, bizə əziz olan hər şeyi əlimizdən almağa gəlmisiniz. Siz Ukraynanın dinc əhalisinin işığını, suyunu, istiliyini kəsirsiniz. İnsanları qida və dərmansız qoyursunuz. Təxliyə həyata keçirmək mümkün olan marşrutları atəşə tutursunuz. Ukraynalılara qarşı istifadə olunmayan silah yoxdur. İndi siz çıxıb təbliğatçılarınıza Ukraynaya “humanitar kolonlar” göndərməyə hazırlaşdığınızı deyirsiniz.

Allahsızlar, yadda saxlayın: milyonlarla insan sizə lənət oxuyursa, sizi heç nə xilas etməyəcək. Biz müharibədən əziyyət çəkən bütün bölgələrdəki ukraynalılara lazım olan hər şeyi verəcəyik. Əlaqələndirici qərargahlar tam gücü ilə işləyir. Əsl humanitar yardımlar yoldadır”, – deyə Zelenski söyləyib.

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Fzelenskiy.official%2Fvideos%2F642548223696477%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək …