Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / “Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi münasibəti ilə bütün Azərbaycanı təbrik edirəm…”
Bunu Moderator.az əməkdaşının gözaydınlığına cavab olaraq 1993-cü ilin yanvarından Zəngilan rayonunun İH başçısı və işğal günlərində Ərazi Müdafiə Qərargahının sədri olmuş, rayonun Canbar  kənd sakini  İlham Hüseyn söyləyib. 

“Allah Ali Baş Komandanımızı, ordumuzu,  dövlətimizi, cəmi xalqımızı qorusun! Allah daim xalqımızın başını uca eləsin! Bu 30 ildə çox əzab-əziyyətlər çəkdik. Nəhayət ki,  işğal altındakı torpaqlarımıza zəfər yürüşümüz başlayıb. Bayrağımız, inşallah, Qubadlımız, Laçınımız, Şuşamız, Xankəndimiz, Kəlbəcərimiz, Ağdamımızda ucalsın!.. 

Bu illər boyu inanırdım ki, gec-tez torpaqlarımız azad olunacaq. O günü yuxularda görürdüm və nəhayət ki, yuxumuz çin oldu… Allah cəmi didərginlərimizin arzularını, yuxularını çin etsin!..”  

Həmçinin oxuyun

Türkiyə Ordusu Azərbaycana nə vaxt gəlir? – AÇIQLAMA

“Azərbaycanın Qarabağdakı zəfərinin ardından gözlər Türkiyə-Rusiya ortaq nəzarət məntəqəsinin yaradılmasına çevrilib. Türkiyə Milli Müdafiə Nazirliyi …