Ana səhifə / Aktual / Alimlər təsdiqlədi: koronavirus xəstələrin toxunduğu əşyalardan da keçir

Alimlər təsdiqlədi: koronavirus xəstələrin toxunduğu əşyalardan da keçir

Çində ötən ilin dekabrından meydana çıxan ölümcül koronavirusla bağlı yeni iddia irəli sürülüb.

Virtualaz.org xəbər verir ki, indiyədək 425 nəfərin ölümünə səbəb olan virusun yalnız nəfəs-damcı yolu ilə deyil, həm də xəstələrin toxunduğu əşyalarla yayıldığı məlum olub.

Çin alimləri bildiriblər ki, koronavirus yoluxmuş xəstənin evinin qapı dəstəyində aşkar edilib. Beləliklə də virusun həm də əşyalar vasitəsilə yayıldığı təsdiqini tapıb. Alimlər virusun əşyalarda nə qədər yaşadığını öyrənirlər.

Qeyd edək ki, virusa yoluxanların sayı 20 mini ötüb, xəstələrdən 2 min 788 nəfərin vəziyyəti ağırdır. Koronavirus Belçika və Malayziyada da aşkarlanıb. Alimlər hələlik Çindən mal sifariş edərkən ehtiyatlı olmağı tövsiyə etməklə kifayətləniblər.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …