Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Alimlərə verilən qalmaqallı ərzaq yardımı ilə bağlı – Açıqlama

Alimlərə verilən qalmaqallı ərzaq yardımı ilə bağlı – Açıqlama

AMEA-nın Fizika İnstitutunun alimlərinə Yeni il münasibətilə ərzaq yardımının edilməsi ötən gündən sosial şəbəkələrdə müzakirə olunur. Sosial şəbəkə istifadəçiləri İnstitutun Həmkarlar İttifaqı tərəfindən paylanan ərzaq bağlamalarının  verilməsini alimlərə hörmətsizlik kimi qiymətləndiriblər.  

“ Azinforum.az ” xəbər verir ki, sosial şəbəkə paylaşımlarında qeyd olunub ki, bu, alimlərin sosial vəziyyətinin aşağı olmasının göstəricisidir və utancverici davranışdır. 

Məsələ ilə bağlı AMEA-nın  İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun müdiri Leyli Namiqqızı bildirib ki, sözügedən maddi yardım alimlərə deyil, texniki işçilərə edilib. “Həmin yardımı alanlar alimlər deyil, institutun texniki işçiləridir. Onların arasında şəhid ailələri üzvləri, müharibə iştirakçıları var. Onların məvacibləri az olduğundan fürsətdən istifadə edib belə günlərdə onlara müəyyən ərzaq yardımları edilir”.

AMEA rəsmisi həmçinin qeyd edib ki, bu yardımın Akademiyaya aidiyyəti yoxdur, ərzağı Həmkarlar İttifaqı paylayıb. 

Qeyd edək ki, ötən gün AMEA-nın mətbuat xidməti Fizika İnstitutunun əməkdaşlarına Həmkarlar İttifaqı Komitəsi tərəfindən yardım paylanması ilə bağlı məlumat yaymışdı. Məlumatda həmçinin qeyd olunurdu ki, ərzaq paylanan AMEA əməkdaşları ilə maarifləndirici söhbətlər aparıb, onları vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıblar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …