Ana səhifə / Alim Qasımov nəvələri ilə səhnədə – Anşlaqlı konsert

Alim Qasımov nəvələri ilə səhnədə – Anşlaqlı konsert

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımovanın  solo konserti baş tutub. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev adına Sarayda reallaşan musiqili gecə Alim Qasımovun 60 illik yubileyinə həsr olunub.

İslam Oyunları ərəfəsində keçirilən konsertdə sənətçini 13 nəfərlik musiqi heyəti və 6 vokalist müşayiət edib.

“Mənə dünyanı verdin” adlı gecə başlamamışdan əvvəl A. Qasımovla bağlı video-çarx nümayiş olunub. Həmin görüntülərdə xalq artistinin həyatı, Fərqanə Qasımovanın məşq prosesi və atası barədə söylədiyi fikirlər əks olunub.

Əməkdar artist daha sonra səhnəyə Gülnarə Xəlilova imzalı geyimlə çıxıb.  Anşlaqla keçən konsertdə maestro Rüstəm Zeynallının müşayiət etdiyi musiqi heyəti hər kəsə xüsusi zövq verib. Gecənin sonunda xalq artisti Alim Qasımov səhnəyə çıxıb. Onu təbrik edənlər sırasında oğul nəvəsi də olub.

Qasımov bildirib ki, balaca Alim gələcəkdə bibisi Fərqanə Qasımova ilə səhnə bölüşəcək. Daha sonra səhnəyə Fərqanə Qasımovanın böyük oğlu gəlib və canlı azan oxuyub.

Konsertin sonunda Alim Qasımov hitə çevirilən “Xatirələr” əsərini qızı ilə birgə ifa edib.

 

 














Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın