Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Ali məktəblərdə tədris 15 gün uzadıldı

Ali məktəblərdə tədris 15 gün uzadıldı

Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqda qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.

Belə ki, dərslər mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcək.

Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 müəyyən edilib. Belə ki, imtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …