Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Ali Məhkəmə qəzet rəhbərinin cəzasını azaldıb

Ali Məhkəmə qəzet rəhbərinin cəzasını azaldıb

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Minadi Mikayılovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Mikayılovun kassasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 6 il (cəzaları birləşdirilib) müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

İttiham aktına əsasən, əvvəllər məhkum olunmuş M.Mikayılov 2013-cü ilin yay ayları ərzində “Elin sözü” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib. Belə ki, o, bu məqsədi ilə tanışı – Sumqayıt şəhər sakininə özünü yüksək vəzifəli şəxslər ilə yaxın dostluq münasibətlərinin olmasını bildirib.

M.Mikayılov Sumqayıt şəhəri ərazisində olan zavodların birinin ərazisində uzun müddət istifadəsiz qalmış 134 ədəd aliminium materialdan olan çənlərin əldə edilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verərək, həmin şəxsdən ümumilikdə 23 min dollar pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mikayılov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzası 8 ildən 6 ilə endirilib.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …