Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Ali Məclis sədri qərar verdi – Sessiya çağırıldı

Ali Məclis sədri qərar verdi – Sessiya çağırıldı

Dekabrın 30-da saat 11.00-da Naxçıvan şəhərində Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası çağırılıb.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq qərar imzalayıb.
Sessiyanın gündəliyinə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il büdcəsinin təsdiq edilməsi, o cümlədən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı daxil edilib.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT