Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Aktual / Aleksandr Duqinin qızı Rusiyada partlayışda həlak oldu

Aleksandr Duqinin qızı Rusiyada partlayışda həlak oldu

Moskva vilayətində ictimai xadim, filosof Aleksandr Duqinin qızının avtomobili partladılıb.

Azinforum.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, avtomobil Bolşye Vyazemi kəndi yaxınlığında partlayıb. Maşında olan Duqinin qızı Daria Duqina partlayış nəticəsində həlak olub.

Mətbuat onu da yazır ki, maşında Duginin özü də olmalı idi, amma o, son anda başqa maşına minib.

Partlayışın terror aktı olması ehtimalı yüksəkdir.

Qərbdə Duqini Rusiya rəhbərliyinə ciddi təsiri olan “rus dünyası”nın əsas ideoloqu hesab edirlər.

Duqinin Türkiyə prezidenti Erdoğanın yaxın ətrafı ilə yaxşı münasibətləri var. O, Rusiyanın Türkiyə ilə yaxınlaşması və strateji müttəfiq olması xəttinin əsas ideoloqlarından biridir.

Hadisə şahidləri bildiriblər ki, partlayış zamanı Daria Duqina “Land Cruiser Prado” markalı avtomobildə olub. O, maşını özü idarə edirmiş. Hadisə yerli vaxtla saat 21:35-də baş verib. İlkin məlumata görə, Daria hadisə yerində keçinib. Avtomobil partladıqdan sonra yol kənarındakı binaya çırpılıb. Avtomobilin qalıqları bütün yola səpələnib. 

Aleksandr Duqin partlayışın baş verdiyi yerə gəlib.

Müstəntiqlər ilkin ehtimal olaraq avtomobildə qaz balonunun partladığını güman etsələr də, daha sonra əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə bağlı versiyanı irəli sürüblər. Polis onun sui-qəsd qurbanı olduğunu ehtimal edir.

Qeyd edək ki, 30 yaşlı Daria Duqina “United World International”ın baş redaktoru idi. O, Böyük Britaniyanın sanksiyalar siyahısında idi.

Hazırda hadisə yerində mütəxəssislər və fövqəladə hallar xidməti fəaliyyət göstərir. Faciənin təfərrüatları araşdırılır.

Həmçinin oxuyun

Mərkəzi Aran Regional Təhsil İdarəsində baş verən ayrıseçkilik hələ də davam edir…

Belə ki, diaqnostik qiymətləndirilmədən orta nəticə göstərən şəxslərlə müddətli əmək müqaviləsi bağlanır, amma illərlə ömrümü …