Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / Aleks Veksler: “İlham Əliyevin qələbəsi İsrail üçün əhəmiyyətlidir”

Aleks Veksler: “İlham Əliyevin qələbəsi İsrail üçün əhəmiyyətlidir”

Prezident seçkilərində İlham Əliyevin qələbəsi Azərbaycan-İsrail münasibətlərinin sonrakı inkişafı üçün əlverişli şəraiti yaradacaq.

Bunu virtualaz.org-a açıqlamasında İsrail müdafiə nazirinin məsləhətçi olmuş politoloq Aleks Veksler deyib.

Onun sözlərinə görə, İlham Əliyevin indiki reytinqi onun qələbəsinə şübhə yeri qoymurdu.

Politoloq onu da əlavə edib ki, İ.Əliyevin indiyə qədər olan prezidentliyi dövründə iki ölkə arasında əməkdaşlıq ən müxtəlif -energetika sahəsində, hərbi sferada və başqa istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf edib.

“Bu, aysberq kimidir, harada ki, on hissədən yalnız biri görünür”, – politoloq qeyd edib.

“İsrail Azərbaycana yəhudi icmasının inkişafı üçün əlverişli şərait yaradıldığına görə xüsusi hörmət bəsləyir. Bizim üçün postsovet məkanında yəhudilərin həyat səviyyəsindən daha əhəmiyyətli heç nə yoxdur. Mən hələ Qarabağ münaqişəsinin başlanğıcında baş nazir İshak Şamirlə söhbət zamanı demişdim ki, Ermənistanda təqribən min nəfər yəhudi yaşayır, amma Azərbaycanda on minlərlə və onların ictimai-mədəni, dini inkişafı üçün heç bir maneə yoxdur. Azərbaycan cəmiyyətindəki tolerantlığın bu amilini İsraildə yüksək qiymətləndirirlər”, – A.Veksler vurğulayıb.

Politoloq Azərbaycanın yerləşdiyi mürəkkəb regionda heç də az olmayan xarici təhlükələrin qarşısını almaq istiqamətində İlham Əliyevin göstərdiyi siyasi müdriklik haqda böyük ehtiramla danışıb: “O, mürəkkəb xarici siyasi vəziyyətdə ölkənin təhlükəsizliyini təmin etməyə imkan verən təcrübəyə malikdir”.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT