Bazar , Sentyabr 15 2019
Ana səhifə / Aktual / “Aləmin Nəfəsi: Nəsimi” tamaşası beynəlxalq festivalda – FOTO

“Aləmin Nəfəsi: Nəsimi” tamaşası beynəlxalq festivalda – FOTO

Türkiyədə keçirilən 14-cü Beynəlxalq Məktəblərarası Teatr Festivalında Azərbarbaycan “Aləmin Nəfəsi: Nəsimi” tamaşası ilə təmsil olunacaq

Kayseri Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət və İctimai işlər idarəsinin təşkilatçılığı ilə hər il Beynəlxalq Məktəblərarası Teatr Festivalı keçirilir. Artıq 14 ildir ki, təşkil edilən festivalda Azərbaycan şagirdləri də iştirak edir.

AzNews.az xəbər verir ki,15 aprel-4 may tarixlərində baş tutacaq beynəxlalq teatr festivalında Azərbaycanı Türkiyənin Azərbaycandakı səfirliyi Mədəniyyət və Turizm müşavirliyinin dəstəyi ilə Azərbaycan Milli Konservatoriyası nəzdində olan İncəsənət Gimnaziyasının şagirləri təmsil edəcəklər. Onlar festivalda Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar “Aləmin Nəfəsi: Nəsimi” tamaşası ilə çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçı rəssamı Günay Mehdizadədir. Gimnaziyanın rəhbəri Aytən Əhmədova, Gimnaziyanın teatr bölümünün rəhbəri Hicran Sadıqzadə, tamaşanın rejissoru Elnurə Vəliyeva və layihənin media rəhbəri “Kaspi” qəzetinin müxbiri, teatrşünas Xəyalə Məmmədova (Xəyalə Rəis) da festivalda iştirak edəcəklər.

Tamaşada rolları Nəsimi – Vəliyev Aliulla, Aişə – Namazlı Fidan, Fatimə – Həsənzadə Almaz, Nəimi – Quluzadə Rufiz, dərviş – Salmanzadə Məhəmməd ifa edəcəklər. Lirik janrda hazırlanmış tamaşanın müddəti 25 dəqiqədir.

Qeyd edək ki, bir sıra ölkələrin də iştirak etdiyi festivalda Azərbaycan tamaşası aprelin 19-da nümayiş olunacaq. Festivalda iştirak edəcək nümayəndə heyəti bu gün Türkiyənin Kayseri şəhərinə yola düşüb. (AzNews.az)

image description
image description
image description

Həmçinin oxuyun

Nəsimi rayonunda 2018/2019-cu tədris ilinin yekunları və 2019/2020-ci tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib

Bakı şəhərinin  mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün  …