Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktrisa əsəbləşdi: “Niyə 17 yaşlı oğlumu atamın evində böyüdürəm?”

Aktrisa əsəbləşdi: “Niyə 17 yaşlı oğlumu atamın evində böyüdürəm?”

Əməkdar artist Hüsniyyə Mürvətova azərbaycanlı aktrisaların maddi sıxıntılarından bəhs edib.

Musavat.com xəbər verir ki, aktrisa fikirlərini sosial şəbəkədə bölüşüb: “Neçə gündür, türk aktyor və aktrisanın toy mərasimindən danışılır – çox bahalı geyimlər və dəbdəbəli məclis… Nəzərinizə çatdırım ki, onlar bunu öz qazandıqları qonorarları ilə ediblər. Nə gözəl, Allah həmişə var etsin. Biz isə adi tamaşaçı kimi kənardan baxan oluruq. Biz aktyorlar üçün o cür toy, onların yaşadıqları ev, getdikləri bal ayı, istirahətlər yalnız xəyal ola bilər. Sual yaranır, niyə? Mənim nəyim əskikdir? Görünüşüm? Şükür, görünüşümdən şikayətim yoxdur. İstedadım? Azərbaycanda 5 istedadlı aktrisa varsa, onun biri mənəm. Bəs, nəyim? Niyə mən o dəbdəbəli həyatı yaşamayım? Niyə mən 17 yaşlı oğlumu hələ də atamın evində böyüdürəm? Axı mən 17 yaşımdan bu sənətlə nəfəs alıram. Öz zəhmətimlə çırpınıram. Axı ömür gedir. Bəs mənim haqqımı kimlər yeyir?”

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın