Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / ““Akkord” onlarla fəhləni işlədib, pulunu verməyib” – deputat

““Akkord” onlarla fəhləni işlədib, pulunu verməyib” – deputat

“Azərbaycan xalqını, Azərbaycan vətəndaşını dövlətdən narazı salan şəbəkəyə qalib gələ biləcəyik, yoxsa yox? Buna ümid çox azdır”. AZiNFORUM.AZ APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, artıq vətəndaşlar bankdan borc istəmir, deputatdan istəyir, məşğulluqdan iş istəmir, deputatdan istəyir: “Qarabağ savaşından sonra problemlərin bu qədər qabarıq olması insanların dövlətə inamını sarsıtmaq üzrədir. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC onlarla fəhləni işlədib, pulunu verməyib. Rayonlarda onlarla insan maaş, pensiya kartını sələmçiyə verib, çünki dolana bilmirlər. Bu qədər böyük qələbə qazanmış ölkənin Prezidentinin xalqa qaytardığı inamı bunlar yenidən zədələməsinlər. Bu bizim qarşımızda duran əsas məsələdir”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …