Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Akif Səlimov: “Ramil Usubov böyük amalları olan şəxsiyyətdir”

Akif Səlimov: “Ramil Usubov böyük amalları olan şəxsiyyətdir”

Bu gün Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General-polkovnik Ramil Usubovun doğum günü idi. 1948-ci ildə anadan olmuş Ramil Usubovun doğum gününü mətbuat vasitəsi ilə xeyli vəzifəli şəxs təbrik edib. Amma Daxili işlər naziri kimi mühüm dövlət postunda mövqe tutan bir şəxsi, heç şübhəsiz hazırda ondan asılacağı olmayan və həmin şəxsi daha yaxından tanıyan keçmiş vəzifə sahibləri xarakterizə edə bilər. Odur ki, Azinforum.az saytı olaraq “Qəfil zəng” rubrikası açmağa və bu cür günlərdə sabiqlərə telefon açmağa qərar verdik. İlk zəngimiz Laçın rayonunun sabiq icra başçısı, uzun illər Daxili işlər orqanlarında xidmət etmiş, Goranboy, Qax, Cəlilabad rayon polis şöbələrində rəis vəzifəsində çalışmış, Laçın rayonun müdafiəsində böyük xidmətləri olan polis polkovniki Akif Səlimova oldu. Cəmi bir sual verdik: Daxili işlər naziri Ramil Usubovu necə xarakterizə edərsiniz?

“Bu gün mənim hörmətli nazirim Ramil Usubovun doğum günüdür. Doğum günündə heç bir insan haqqında mənfi danışmazlar. Amma siz bu sualı mənə cənab nazirin doğum günündə deyil, başqa bir zamanda versəydiniz, mən yenə də onun haqqında eyni sözləri deyərdim. Çünki Ramil Usubov Azərbaycana, müstəqilliyə, dövlətçiliyə, Ulu Öndərimiz Heydər Əliyevə, Azərbaycanımıza tərəqqi yolunda qısa bir zaman ərzində böyük məsafələr qət etdirən dövlət başçımız İlham Əliyevə öz sədaqətli xidməti ilə əsl Daxili işlər naziri obrazı yaratmış şəxsiyyətdir. Bu, elə bir obrazdır ki, bütün gələcək nəsillər Azərbaycanda Daxili işlər naziri olacaq şəxsləri məhz Ramil Usubovla müqayisə edəcək və məhz ondan nümunə götürərək Azərbaycanımıza xidmət edəcəklər”.

Foto – Akif Səlimov

Akif Səlimov sözlərinə görə, o, Ramil Usubovu bilavasitə 1994-cü ilin may ayından tanıyıb və 2006-cı ilədək polis rəisi olaraq onun tabeçiliyində çalışıb: “12 il ərzində bir neçə rayonda polis rəisi vəzifəsində çalışmışam. Ramil müəllimi bütün Azərbaycan, həqiqi mənada bütün Azərbaycansevərlər tanıyır, dəyərləndirir və ona böyük sayğı ilə yanaşır, hörmətini saxlayırlar. 1994-95-ci illər mənim unuda bilməyəcəyim zamanlardır. Məhz o vədə çox mürəkkəb hadisələr cərəyan edirdi, dövlət yenicə toparlanmağa, məhv olmaq təhlükəsini təzəcə dəf etməyə çalışırdı. Elə bir mürəkkəb mərhələdə Ulu Öndərimiz olduqca yerinə düşən təyinata imza ataraq Ramil Usubovu Daxili işlər nazirliyinin rəhbərliyinə gətirdi. Bu təyinatla polisin özünə inamı, zabitin prestiji özünə qaytarıldı. İnsanlarımız öz polisinə güvənməyə başladılar, sabitliyin bərpası, asayişin qorunması, cinayətkarlığıa qarşı mübarizə istiqamətində Ramil Usubov qətiyyətli addımlar ataraq ona göstərilən etimadı doğrultmaq üçün sözün əsl mənasında fədakarlıq nümayiş etdirdi. Mən buna “missiya” deyərdim və Ramil Usubov bu missiyasının öhdəsindən layiqincə gələn dövlət adamı kimi özünü təsdiq edib. Bu tarixi missiyanı Ramil Usubov Ulu Öndərin rəhbərliyi altında böyük peşəkarlıq və sədaqətlə reallaşdırıb. Kimsə bunu dana bilməz. Özü də bu missiyanın gerçəkləşdirilməsinin iki əsas xüsusi var. Birincisi budur ki, əhalimiz xaosdan, dərəbəylikdən, özbaşınalıqdan xilas olunub dövlətə güvəndi.

Eyni zamanda, Ramil Usubov Heydər Əliyevin ən yaxın silahdaşlarından olaraq hər kəsin gözündə sədaqət və etibar nümunəsi oldu. Azərbaycan dövlətçiliyi üçün bu cür nümunələrin yaranması olduqca mühüm idi, ənənələrin əsasını qoyurdu. Mən həmişə demişəm ki, 2003-cü ildə kənardan idarə olunan bəzi qüvvələr praktik olaraq dövlət çevrilişi etmək istəyirdilər. İlham Əliyev o çətin günlərdə böyük uzaqgörənlik və qətiyyət nümayiş etdirərək dövlətimizi macəraçılardan qorudu. Həmin ərəfədə Ramil Usubov son dərəcə böyük prinsipiallıq sərgiləyərək dövlət maraqlarını hər şeydən uca tutdu, sabitliyin pozulmasına imkan vermədi. Mən Ramil Usubovu xeyli dərəcədə tanıyan, müşahidə edən bir insan olaraq onun milli-mənəvi dəyərlərimizə bağlı olduğunu bilir, sadaqətli və peşakar general kimi fəaliyyətinə yüksək qiymət verirəm. Hər zaman da ondan nəzakət və ehtiram, diqqət və qayğı görmüşük. Ramil Usubov böyük amalları olan şəxsiyyətdir və doğum günündə ona bir daha uzun ömür, Azərbaycanımız naminə fəaliyyətində böyük nailiyyətlər arzu edirəm”.

Azinforum.az

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …