Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Akif Çovdarov nə edəcək? – “Gürcüstana gedəcək və…”

Akif Çovdarov nə edəcək? – “Gürcüstana gedəcək və…”

Ötən gün Prezidentin Əfv sərəncamı ilə azadlığa çıxdıqdan sonra koronavirus pandemiyası ilə bağlı karantinə yerləşdirilən keçmiş MTN-nin məşhur generalı Akif Çovdarov evinə gəlib.

Bunula bağlı mətbuatda paylaşılan onun vəkilləri və oğlu ilə birgə çəkdirdiyi foto birmənalı qarşılanmayıb. Akif Çovdarovun vəkili olmuş Kamandar Nəsibov “Yeni Sabah”a açıqlamasında müəyyən məqamlara aydınlıq gətirib.

Vəkilin sözlərinə görə, dünən digər həmkarı Sadiqlə Çovdarovu karantindən çıxanda qarşılayıb evinə aparıblar: “Qarşıladıq gətirdik evinə, ailəsinin yanına. Müsəlman adəti ilə bir qismət şörək yedik”.

Çovdarovun gələcək planları nədən ibarət olacaq sualına isə Kamandar Nəsibovun cavabı belə oldu: “İnşallah karantin çıxandan sonra Akif müəllim yəqin ki, doğulub boya-başa çatdığı Gürcüstan Respublikasına qohumlarının yanına gedəcək. Ölənlərinin qəbrini ziyarət edəcək. Neçə illərdi xeyirdə-şərdə iştirak etməyib. Sonra bildiyiniz kimi Çovdarov ağır xəstəlikdən əziyyət çəkir, türmədə isə normal müalicə ala bilməyib, yəqin ki, ciddi müalicə olunacaq”.

K. Nəsibovun söhbətindən belə aydın oldu ki, Akif Çovdarovu azadlığa çıxması ilə bağlı təbrik edənlərin sayı həddən artıq çoxdu. Belə zəng edənlərin sırasında Tağı Əhmədovun olub-olmamasına isə vəkilin cavabı belə oldu:” Dəqiq deyə bilmərəm Tağı müəllimin zəng edib-etməməyini, amma nə üzlə zəng eləsin. Yalandan kənar adamlar tapıb Çovdarovun üzünə durğuzmuşdu ki, guya ona külli miqdarda pul verib. Nəinki o, mən deyərdim ki, Çovdarovun üzünə duranların 97 faizi yalan danışırdı. Onları guya Çovdarov MTN-də “zaloq” saxlayıb. Eləsi var ki, yalandan deyirdi 5 maşınımı alıb əlimdən, ancaq sorğu verəndə adına heç bir maşın da çıxmırdı. Yəni Akif müəllim bir az özünə gəlsin, İnşallah qanunsuz həbs olunması ilə bağlı mətbuata geniş açıqlama verəcək”.

Vəkil Akif Çovdarovun heç bir təşkilata, partiyaya qoşulmayacağını və ya hər hansı bir dövlət işinə qayıtmaq fikrində olmadığını xüsusi vurğulayıb.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …