Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / Akif Çovdarov bəraət ala bilərmi və ona nə qədər kompensasiya düşür? – Vəkillər açıqladı – FOTO

Akif Çovdarov bəraət ala bilərmi və ona nə qədər kompensasiya düşür? – Vəkillər açıqladı – FOTO

Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı əfv sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər azadlığa buraxıldı. Onlar arasında MTN generalları Akif Çovdarov və Sübahir Qurbanov da var.

Aprelin 23-də isə Ali Məhkəmənin pelnum iclası REAL sədri İlqar Məmmədov və Rəsul Cəfərov barəsində bəraət hökmü çıxardı. İlqar Məmmədov 234 min, Rəsul Cəfərov isə 57 min manat mənəvi təzminat alacaqlar. Bu qərarlar əfvlə azadlığa buraxılan şəxslərin – xüsusi ilə də MTN generalları Akif Çovdarov və Sübahir Qurbanovun da bəraət ala bilməsi məsələsini gündəmə gətirib.

Əfv edilən şəxs bəraət ala bilərmi? Həmin şəxsə hansı halda kompensasiya ödənilir? Bir neçə il həbsxana həyatı yaşayan şəxsin yenidən bəraət almaq üçün məhkəməyə müraciət etməsi üçün prosedur necədir? Bərəat alan şəxsə ödəniləcək kompensasiya necə hesablanır? Musavat.com bu sualların cavabını öyrənmək üçün vəkillərə çüraciət edib.

memisov.jpeg (40 KB)

Vəkil Anar Məmişov

Vəkil Anar Məmişov deyir ki, bir şəxsin əfvlə azadlığa buraxılması onun bəraət alması hüququnu əlindən almır.

“Ölkəmizdə də bunun dəfələrlə şahidi olmuşuq. Barəsində hökm çıxarılan, sonradan isə əfvlə azadlığa buraxılan şəxs yuxarı instansiya məhkəmələrində bəraət qazana bilib. Sadəcə burada bəzi prosedur məsələlər-şikayətin verilməsi ilə bağlı müddət var. Əgər şikayət vermə müddəti buraxılıbsa, bu mümkün deyil”- deyə Anar Məmişov bildirib.

Xatırladaq ki, Akif Çovdarov barəsində çıxarılan 12 illik həbs qərarından kassasiya şikayəti verib. İşə Ali Məhkəmədə baxılacaq.

Anar Məmişov bildirir ki, Akif Çovdarov və işi Ali Məhkəmədə olan digər əfv edilən şəxslər bəraət ala bilərlər: “Bir daha təkrar edim ki, əfv edilən şəxsin bərəat almaq hüququ onun əlindən alınmır. Bu, əfv edilən şəxsin öz seçimidir. İstəsə şikayət verə bilər, istəməsə yox. Akif Çovdarov və işi Ali Məhkəmədə olanların məhkəməsi davam etdirilir. Ali Məhkəmə araşdırmadan sonra onlara bəraət də verə bilər. Ali Məhkəmənin qərarından narazı qalan şəxs Avropa Məhkəməsinə də müraciət edə bilər. Avropa Məhkəməsi onun xeyrinə qərar çıxararsa, Ali Məhkəmənin plenum iclasında işə yenidən baxılır”.

Anar Məmişov bəraət alan şəxsə ödəniləcək kompensasiyanın necə müəyyn edildiyini də açıqlayıb.

“Məhkəmə bərəat hökmü çıxararkən mənəvi təzminatın, kompensasiyanın məbləğini elan edə bilər, ya da həmin şəxsə mülki qaydada bu təzminatı tələb etməyin yolunu izah edə bilər. Azərbaycanda adətən ikinci qeyd etdiyim hal baş verir. Yəni, izah edilir ki, bəraət alan şəxs yenidən mülki qayada məhkəməyə müraziət edərək maddi və mənəvi təzminat tələb edə bilər. Amma İlqar Məmmədov və Rəsul Cəfərovun işlərində fərqli oldu. Məhkəmə qərarında onlara ödəniləcək kompensiaysanın məbləği də elan edildi. Bu, Azərbaycanda ilk dəfə idi”- deyə vəkil Anar Məmişov bildirib.

kesdi.jpeg (55 KB)

Vəkil Fariz Namazlı

Aprelin 23-də bəraət almış Rəsul Cəfərovun vəkili Fariz Namazlı da bu mövzuda suallarımızı cavablandırıb.

Əvvəlcə xatırladaq ki, İlqar Məmmədov 2013-cü ildə baş verən İsmayıllı hadisələrinə görə həbs edilib. Amma İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov 2014-cü ildə qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq həbs edilib. 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Rəsul Cəfərov 4 il sonra əfvlə azadlığa çıxıb. Onun həbsinin qanunsuz olması ilə bağlı Avropa Məhkəməsi qərar çıxarıb. Bundan sonra Ali Məhkəmənin plenum iclası onun barəsində də bəraət hökmü çıxarıb.

Vəkil Fariz Namazlının sözlərinə görə, istər əfv edilən, istərsə də şərti cəza alaraq azadlığa buraxılan şəxsin bəraət almaq hüququ var.
Onun sözlərinə görə istənilən şəxs prosedur qaydalarına əməl edərək Avropa Məhkəməsinə qədər şikayət edə bilər:
“Prosedur qaydalarına uyğun olaraq şikayət verilə bilər. Əgər şikayət vermə müddəti ötməyibsə, əfv edilən şəxslər bəraət almaq üçün məhkəməyə müracitə edə bilərlər.

Amma şikayət vermək müddətini ötürən şəxslər yenidən məhkəməyə müraciət edə bilməz. Məsələn, 5-10 il əvvəl qərar çıxarılıbsa, artıq müddət ötürülüb.

Prosedur belədir ki, birinci instansiya məhkəməsi hökm çıxarırsa, bundan 20 gün müddətinə apellyasiya şikayəti verilə bilər. Apellayasiya məhkəməsinin qərarından isə 18 ay müddətinə Ali Məhkəməyə şikayət verə bilər.

Ali Məhkəmənin qərarından isə 6 ay müddətinə Avropa Məhkəməsinə şikayət verilə bilər. Avropa Məhkəməsi şəxsin xeyrinə qərar çıxararasa, işə Ali Məhkəmənin plenum iclasında baxılır. Hüquqlarını müdafiə etdiyim Rəsul Cəfərov buna nümunədir. Azərbaycanda bütün instansiya məhkəmələri bizim şikayətimizi təmin etmədi. Avropa Məhkəməsinin qərarından sonra Ali Məhkəmənin plenum iclasında yeni açılmış hal üzrə işə baxıldı və Rəsul Cəfərov bəraət aldı”.

Vəkil Kamandar Nəsibov əfv sərəncamına görə, Prezidentə təşəkkür ...

Vəkil Kamandar Nəsibov

Akif Çovdarovun vəkili Kamandar Nəsibov isə Musavat.com-a açıqlamasında bildirib ki, hazırda məhkəmə işi Ali Məhkəmədə davam edir.
Vəkil bildirib ki, Akif Çovdarov aprelin 6-da həbsxanadan çıxdıqdan sonra karantində 14 gün qalıb və aprelin 21-də evə buraxılıb. Kamandar Nəsibov Çovdarovun istirahət etdiyini, məsləhətləşəndən sonra məhkəmə işləri ilə bağlı qərar verəcəklərini bildirib.

Qeyd edək ki, Akif Çovdarovun aldığı 12 illik cəzadan şikayətlə bağlı Ali Məhkəmədə davam edən məhkəmə işindən başqa mülki qaydada davam edən proseslər də var.

Akif Çovdarov “8-ci kilometr bazarı”ndakı 50 faiz payının və üzərinə həbs qoyulan digər əmlaklarının geri qaytarılmasını istəyir.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …