Ana səhifə / Aktual / Akademik Nailə Vəlixanlı vitse-prezident seçildi – Çində keçirilən İBMA-nın konqresində

Akademik Nailə Vəlixanlı vitse-prezident seçildi – Çində keçirilən İBMA-nın konqresində

Çinin Fuçjou şəhərində Beynəlxalq Konfrans və Sərgi Mərkəzində İpəkyolu  Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın konqresi keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyindən Mia.az-a verilən məlumata görə, tədbirdə Çin  və dünya muzeylərinin nümayəndələri iştirak ediblər.
İpək Yolu üzərində  olan ölkələrdən – Azərbaycan, Qazaxıstan, Kombociya, İzrail, Laos, Monqolustan, Belorusiya, Serbiya və başqa milli muzeylərinin rəhbər və  nümayəndələri dəvət olunublar.
Azərbaycanı təmsil edən Milli Azərbaycan  Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbirdə iştirak  edib.
İBMA və ölkələrin milli muzeyləri arasında memorandum imzalanıb və Nizamnamə qəbul olunub. 2019-cu ildə Pekində birgə səyyar sərginin  keçirilməsi haqqında qərar qəbul edilib. Tədbirdə muzeylər arasında  beynəlxalq əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması haqqında müzakirələr olub.
Sonra İBMA təşkilatının Prezident və vitse-prezidentləri yerlərinə  nümayəndələr seçilib. 9 vitse-prezidentdən, 5 nəfəri çinli və 4 nəfəri  digər dövlətlərdən seçilib.
 Seçilən vitse-prezidentlərdən biri Azərbaycandan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı olub.
İpəkyolu Beynəlxalq Muzeyləri Alyansı təşkilatına  qəbul olunmuş dövlətlərin milli muzeyləri arasında Milli Azərbaycan  Tarixi Muzeyi böyük uğurlara imza atıb: “Bu muzeyin beynəlxalq  əlaqələrinin genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …