Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Akademik “küçüy”ə görə üzr istədi, ancaq… – Eyvazlı

Akademik “küçüy”ə görə üzr istədi, ancaq… – Eyvazlı

Bizim müraciətimiz əsasında AMEA-da toplantı keçirildi və həmin professor ciddi tənbeh edildi. Ramiz Məmmədov özü də bizdən üzr istədi, sadəcə, biz yazılı şəkildə üzrxahlıq məktubu gözləyirik.

Bunu Kult.az-a açıqlamasında Modern.azsaytının rəhbəri Elşad Eyvazlı deyib. Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun sözügedən saytın əməkdaşını təhqir etməsinə görə AMEA-ya göndərdikləri müraciətin nəticəsi ilə bağlı danışan Elşad Eyvazlı bildirib ki, qurum müraciəti cavablandırıb:

“AMEA-dan istəyimizi yerinə yetirəcəkləri barədə bizə söz verdilər və xahiş etdilər ki, məhkəməyə müraciət etməyək. İstənilən halda həm jurnalistlər, həm AMEA, həm millət vəkilləri bu məsələyə çox həssaslıqla yanaşdılar. Həmin şəxsin vəzifədə qalıb-qalmayacağı barədə məlumatım yoxdur. Bu artıq Akademiyanın öz işidir.

Ramiz Məmmədov jurnalistlərə qarşı təhqiramiz ifadə işlədibsə, AMEA qərar verməlidir. Akademiya həmin şəxsi işində saxlayacaqsa, deməli, bu qurum özü imkan verir ki, hansısa direktor jurnalistlərlə bu şəkildə danışsın. Əksi olsa, biləcəyik ki, bu qurum da hüquqlarımızın pozulmasının tərəfdarı deyil. Əgər rəsmi şəkildə üzrxahlıq məktubu gəlsə, məsələni böyütməməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədib. Təhqirin ünvanlandığı Modern.azsaytı sözügedən xoşagəlməz olaya görə AMEA-nın prezidenti Akif Əlizadəyə müraciət etmişdi.

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …