Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ailənin vəfat edən 3 üzvünə bildiriş gəldi – Biri 14 il əvvəl ölüb

Ailənin vəfat edən 3 üzvünə bildiriş gəldi – Biri 14 il əvvəl ölüb

28 saylı Sabunçu üçüncü seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində dünyasını dəyişmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib. 

Bu barədə “Qafqazinfo”ya vəfat etmiş şəxslərin yaxınları məlumat veriblər. Bildirişə əsasən, həmin şəxslər Nizami: 9 ünvanında yerləşən 4 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər. 

Söhbət Dairə Seçki Komissiyası tərəfindən seçici kimi təqdim edilən Rəfiqə Vəliyeva, Xədicə Vəliyeva və Həsənağa Vəliyevdən gedir. Amma adıçəkilən şəxslər – R. Vəliyeva 2006-cı ilin dekabrın 20-də, X. Vəliyeva 2018-ci ilin sentyabrın 3-də, Həsənağa Vəliyev isə 2019- cu ilin iyun ayında vəfat edib.  

Ailəni təəccübləndirən əsas məsələ 1 ünvana vəfat etmiş 3 şəxslə bağlı bildirirləşin göndərilməsi ilə yanaşı, onlardan birinin hələ 14 il əvvəl dünyasını dəyişməsidir. Belə ki, həmin şəxsin ölümündən sonra ölkədə 2 dəfə vətəndaşların siyahıyaalınma prosesi baş tutub. 

Qeyd edək ki, seçicilərlə bağlı bildirişlərin hazırlanması və ünvanlara çatdırılması birbaşa Dairə Seçki Komissiyasının səlahiyyətindədir. 

“Qafqazinfo” məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasına bir neçə gün əvvəl sorğu göndərsə də, komissiya sorğunu cavablamayıb. 

Günel Türksoy

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …