Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / “Ailə Park” MMC-dən 20 minlik yardım

“Ailə Park” MMC-dən 20 minlik yardım

“Ailə Park MMC ” şirkətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat kömək ayrılması ilə bağlı qərar verib.

“Qafqazinfo” xəbər verir ki, maliyyənin ayrılmasında məqsəd koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə və pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsirini qismən də olsa qarşılamağa dəstək olmaqdır.

Şirkətdən verilən açıqlamaya əsasən, şirkət eyni zamanda “COVİD 19” virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən “Ailə Park”MMC tabeliyində bütün iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.”Ailə Park MMC” bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna “COVID 19” virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.

Həmçinin oxuyun

İbadət, yoxsa casusluq: erməni keşişlər Kəlbəcərə niyə qayıtdı?

Alban-udi xristian icmasının Kəlbəcərə səfəri zamanı Xudavəng monastrında erməni keşişlərin həyasızlığı suallar yaradır: – Kəlbəcər …