Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Ağstafada tarixi abidə dağıdıldı, nazirlik hərəkətə keçdi

Ağstafada tarixi abidə dağıdıldı, nazirlik hərəkətə keçdi

Ağstafada tarixi abidənin sökülməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, araşdırımların sonunda müvafiq addımlar atılacaq: “Hazırda Ağstafa rayonu ərazisində olan tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkilşafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır. Aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacaq”.

F.Hüseynov əlavə edib ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb: “Bu səbəbdən də həmin ərazi diqqətdən kənarda qalıb, ona yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb”.

Qeyd edək ki, 2012-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Ağstafa rayonunda tapdıqları Neolit dövrünə aid qədim yaşayış sahəsi bu günlərdə kimliyi bilinməyən şəxslər tərəfindən dağıdılaraq məhv edilib.

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …