Ana səhifə / Ağdamın işğal günü toyda olan Nazənin: “Rəsmi matəm günü deyil ki…”

Ağdamın işğal günü toyda olan Nazənin: “Rəsmi matəm günü deyil ki…”

Müğənni Nazənin Ağdamın işğal günündə prodüseri Pərviz Fəqanın toy mərasimində iştirak etməyinə münasibət bildirib.
Moderator.az-ın məlumatına görə, ölkə.Az-a açıqlama verən sənətçi bildirib ki, burada qəbahət yoxdur:
“Rəsmi matəm günlərimiz var. Həmin günlərə və dövlətin qəbul etdiyi qərarlara hörmətlə yanaşırıq. Ona görə də o günlərdə heç bir məclisdə iştirak etmirik. Həmin gün isə Bakıda digər sadə vətəndaşların da toy mərasimləri keçirilib. Bir həyətin o başında kiminsə hüzr məclisi düşür, bu biri tərəfdə toy olur. Xeyirlə şər qardaşdır və bunu belə qabartmağa ehtiyac yoxdur.
Xatırladaq ki, prodüser Pərviz Fəqanın toyunda Nazəninlə yanaşı aparıcı Lamiyə Ələkbərova, Könül Kərimova, Xatun Əliyeva, Nadir Qafarzadə, Aşıq Telli Boçalı, Manaf Ağayev də iştirak edib.

Həmçinin oxuyun

Kamran Əliyev təqaüdə göndərildi, bəs 73 yaşlı Ramiz Zeynalov?

“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə gedib-getməməsi məsələsi çoxdan …

Bir cavab yazın