Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Ağdamda şəhid olan mayor Aqil Omarov bu gün dəfn edilir

Ağdamda şəhid olan mayor Aqil Omarov bu gün dəfn edilir

Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olmuş batalyon komandiri, mayor Aqil Ömərovun nəşi doğma Qax rayonuna gətirilib.

Erməni snayperinin alçaq gülləsinə tuş gəlmiş şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.

Şəhid Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Xatırladaq ki, ötən gün ermənilər cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …