Bazar , Noyabr 28 2021
Ana səhifə / Aktual / Ağdağda Azərbaycan, Ermənistan və Rusiya bayraqları var

Ağdağda Azərbaycan, Ermənistan və Rusiya bayraqları var

Sünik vilayətindən Ağdağın Azərbaycanın nəzarətinə keçməsinə dair rəsmən təsdiqlənməmiş məlumatların daxil olmasına baxmayaraq, AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun kameraları həmin yüksəklikdə Ermənistan və Azərbaycanın bayraqları ilə yanaşı Rusiya bayrağının da olduğunu qeydə alıb.

Bununla belə, xəbərdə qeyd edilir ki, həmin yüksəkliyə ən yaxın məntəqə olan Aqarakdan çəkilmiş videoda orada hərbçilərin olub-olmaması, habelə bayraqlar arasında nə qədər məsafənin olması bilinmir.

Ermənilərin Pela adlandırdıqları Ağdağ yüksəkliyinin 2 kilometrliyində yerləşən kəndin sakinləri deyiblər ki, yüksəklikdə Azərbaycan mövqeləri hələ dekabr ayından görünüb.

Sakinlər bundan sonra hər hansı mövqe dəyişikliyinin olub-olmadığını bilmədiklərini deyiblər. Amma sakinlər bunu da bildiriblər ki, bu aylar ərzində burada hər hansı insidentin şahidi olmayıblar.

Sakinlərdən biri deyib: “Atəş səsləri olur. Atırlar, amma bizə yox. Hardan biləsən niyə atırlar”.

Başqa bir kənd sakini isə bildirib: “Narahatlıq həmişə var. Gəlib burnumuzun altında dayanıblar. Təhlükəsizlik təminatı olsa, yaxşı olardı. Mən deyə bilmərəm ki, atəş səsləri eşitmişəm… Heç bir dəyişiklik olmayıb. Hər şey 25 dekabrdan bəri olduğu kimidir. Biz üç ay postda idik. Sonra bizi əvəz etdilər. Heç bir səs-səmir eşitməmişəm”.

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …