Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ağciyər Xəstəlikləri İnstitutunda ÖLÜM – 21 və 34 yaşlı qadın…

Ağciyər Xəstəlikləri İnstitutunda ÖLÜM – 21 və 34 yaşlı qadın…

Dünən Bakıda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda iki ölüm hadisəsi baş verib. 

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə nəticəsində iki 1986-cı və 1999-cu il il təvəllüdlü qadın dünyasın dəyişib. 

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB)  Unikal.org-a faktı təsdiqləyiblər. 

Bildirilib ki, 10.03.2020-ci tarixdə baş vermiş ölüm hadisələri haqqında məlumat: 

“1. Xəstə … qızı 1986-cı il təv. ETACXİ-na 10.03.2020-ci il tarixində saat 13.30-da ağır vəziyyətdə daxil olmuş və “Hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicə təyin edilmişdir.

Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 20.30-da bioloji ölüm qeyd olunmuşdur.

Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. İki tərəfli pnevmoniya, ağır gedişli”.

2. Xəstə … qızı 1999-cu il təv. ETACXİ-na 06.03.2020-ci il tarixində saat 15.20-da Kürdəmir RMX-nın göndərişi əsasında ağır vəziyyətdə daxil olmuş və “Ağciyər vərəmi. Şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilmiş və müalicə təyin edilmişdir.

Vəziyyəti pisləşdiyindən 10.03.2020-ci il tarixində saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülmüşdür. Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, 10.03.2020-ci il tarixində saat 21.05-də bioloji ölüm qeyd olunmuşdur. Ölümün səbəbi: “Kəskin ağciyər-ürək çatmamazlığı. Ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə. Şəkərli diabet I tip, ağır forma”. Bütün ölüm hadisələri haqqında ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …