Ana səhifə / Aktual / Ağalarovların adının hallandığı 400 səhifəlik “Rusiya işi” dərc olundu

Ağalarovların adının hallandığı 400 səhifəlik “Rusiya işi” dərc olundu

ABŞ-ın Ədliyyə Nazirliyinin rəsmi saytında aprelin 18-də xüsusi təhqiqatçı Robert Müllerin “Rusiya işi” ilə bağlı hesabatının tam versiyası yayımlanıb.

Xatırladaq ki, Robert Müller 2 il ərzində ABŞ prezidenti Donald Trampın seçki komandası, yaxınlarının Rusiya ilə əlaqələrini və Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləni araşdırıb.

Bu araşdırmada isə azərbaycanlı milyarder, “Crocus Group”un prezidenti Araz Ağalarovla xalq artisti, şirkətin vitse-prezidenti Emin Ağalarovun adı hallanırdı. İddia olunurdu ki, E.Ağalarov Trampın seçkiqabağı kampaniyası zamanı ABŞ prezidentinin oğlu – kiçik Tramp və rusiyalı hüquqşünas Natalya Veselnitskayanın görüşünün təşkilində iştirak edib. İstintaqın fərziyyəsinə görə, A.Ağalarovun da kiçik Tramp və N.Veselnitskayanın görüşünə aidiyyatı olub.

“Qafqazinfo”nun xəbərinə görə, sənəd 400 səhifədən ibarətdir və redaktə olunmuş formatda çap edilib. 

Hesabatda deyilir ki, Rusiya hökuməti Trampın seçkilərdə qələbəsindən dərhal sonra onun administrasiyası ilə əlaqələr qurmağa başlayıb. Həmçinin vurğulanır ki, prezident Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Maykl Flinn rəsmi Moskvadan rusiyalı deputatların ABŞ-dan çıxarılması tədbirlərinə cavab verməməyi xahiş edib. 

ABŞ-ın ədliyyə naziri, baş prokuror Uliyam Barr hesabat açıqlanmamışdan öncə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etmək istəyib, lakin nə Trampın seçki qərargahından, nə də ki, hər hansı Amerika vətəndaşı bu fəaliyyətdə iştirak edib. Onların Rusiya hakimiyyət orqanları ilə bu məsələdə razılaşmadığı bildirilib.

“Hesabatda Rusiya hökumətinin bizim seçkilərimizə müdaxilə etməyə çalışdığı açıq şəkildə ifadə olunub. Lakin, xüsusi prokuror tərəfindən aparılan hərtərəfli araşdırma sayəsində indi biz bilirik ki, nə prezident Tramp, nə onun seçki qərargahı, nə də heç bir amerikalı bu hərəkətləri həyata keçirən rus agentləri ilə əməkdaşlıq etməyib. Bütün amerikalılar bunun təsdiqləndiyinə şad olmalıdırlar”, – deyə Barr söyləyib.

Onun sözlərinə görə, Müllerin hesabatında Rusiyanın Amerika seçki prosesinə müdaxilə etməyə çalışarkən diqqət çəkən iki əsas iddia var: “Bunlardan biri “İnternet Tədqiqat Agentliyi”nin sosial şəbəkələrdə yanlış məlumatlar yayaraq seçicilər arasında fikir ayrılığı yaratmaq, digəri isə Hillari Klintonun kampaniya qərargahına məxsus kompüterə girərək sənədlər və elektron poçtları oğurlamaq istəyən Rusiya hərbi kəşfiyyatı ilə bağlıdır”.

Hesabatdan sonra Donald Tramp tvitterdə “Taxt oyunları” (“Game of Thrones”) bağlı ilə kollaj olunmuş şəklini paylaşaraq bir daha bəyan edib ki, nə o, nə də onun seçki qərargahının Rusiya ilə razılaşması olub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …