Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədləri hər gün ayrı- ayrılıqda heyrət doğurmaqdadır.
Milli
Məclisin sonuncu tərkibinin islahatların tempinə, ruhuna uyğun
gəlmədiyini əsas gətirərək parlamenti buraxmaq təşəbbüsü qaldırmış
YAP-ın indiki yeni namizədləri həm əvvəlkilərdən ciddi fərqlənmir, həm
də şükür etdirir.
Reportyor.info
başladığı “Seçki 2020” rubrikası ilə hər araşdırmada namizədlər barədə
bilinməyənləri üzə çıxarmağa çalışacaq. Rubrikanın ilk qonağı YAP-ın 97
saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədi Vəliyev Ağalar
İsrəfil oğldur.
A.Vəliyev
biznesmen deputat kimi tanınıb, onun yerinə başqa namizəd olacağı
gözlənsə də, yenə adı YAP siyahısındadır. O, seçiciləri ilə işləməyən
deputat olub.
“Azəraqrartikinti”
ASC sədri olan A.Vəliyevin nəzarətində 40-dan çox şirkət var. Bakıda və
Xırdalanda yeni binalar tikən “Kristal Abşeron” firması da ona
məxsusdur.
Elə
buna görə də A.Vəliyev 2013-cü ildə Eldar Mahmudov bandasının toruna
düşəndə oradan çıxarkən “Kristal Abşeron” yaşayış binalarının aşağı
mərtəbəsində bir neçə obyekt və mənzil MTN rəhbərliyinə “hədiyyə” edib.
A.Vəliyev
MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə
bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş
adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı
ifadələrlə bir sıra tənqidlər səsləndirib.
Onu
MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi”
ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1
milyon pulu əlindən alınıb.
Xatırladaq
ki, İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında
yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib. Dördmərtəbəli
dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, “Azəraqrartikinti”
Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz
Vəliyevdir.
Pərviz
Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar
Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin,
betonzavodun və “MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.
Bundan
başqa onun İSRAFİL MTK (Mirəli Qaşqay, 94 və S.Rəhman 53 ünvanında hər
biri 14 mərtəbəli və 112 mənzilli olmaqla iki bina), RAHATLIQ MTK
(Maliyyə Nazirliyinin arxasında, Zabitlər bağının yaxınlığında, Nəsimi
rayonu, H.Sarabski 16A ünvanında) kommunal və servis xidmətləri
göstərir.
“Azəraqrartikinti”
ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti
işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri
sırasında yer alır.
A.Vəliyevin
ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan
imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, biznes
qurmağa haradan vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar.
Amma
YAP belə qənaətə gəlib ki, o, yenə deputat olmalıdır və ölkədəki
islahatlarla yeni Milli Məclisdə A.Vəliyevin olması düz mütənsiblik
təşkil edəcək. Daha bu parlament niyə buraxılırdı…
Həmçinin oxuyun
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO
İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …