Ana səhifə / Aktual / “AEROFLOT” BAKIYA UÇAN TƏYYARƏDƏ ERMƏNİ MENYUSU TƏQDİM EDİR – VİDEO

“AEROFLOT” BAKIYA UÇAN TƏYYARƏDƏ ERMƏNİ MENYUSU TƏQDİM EDİR – VİDEO

Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva-Bakı reysi ilə uçan təyyarəsinin sərnişinlərinə “ermənisayağı düyü ilə hind quşu” təqdim edilib.

Azinforum.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hiddətlənmiş sərnişinlərdən biri bələdçi qızdan Azərbaycana uçan təyyarənin sərnişinlərinə bu adda yeməyin təqdim edilməsinin səbəblərini soruşub.

Qız inadkar sərnişinılə mübahisəyə goroşməməyi üstün tutub.

*******

İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur. Bunu “Report”un Rusiya bürosuna AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib.

Onun sözlərinə görə, “Aeroflot”un Moskva-Bakı reysinin menyusunda “ermənisayağı hinduşka” yeməyinin təklif olunması qəsdən edilən səhv deyil.

“Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz. Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları”, – deyə Rahib İsayev deyib.

O, həmçinin bildirib ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə “Aeroflot”a müraciət edəcək.

“Aeroflot”un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq”, – deyə o bildirib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın