Ana səhifə / Aktual / Adnan Oktarın arxivi ələ keçirildi – Şok görüntülər

Adnan Oktarın arxivi ələ keçirildi – Şok görüntülər

Türkiyədə Adnan Oktara qarşı başladılan əməliyyatlar çərçivəsində Ümraniyədə tapılan depodan qruplaşmaya aid rəqəmsal arxiv ələ keçirilib.Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

Məlumata görə, depodan 2 min 500 ədəd mobil telefon, noutbuk və harddisk tapılıb. Arxivin araşdırılması zamanı qruplaşmanın qadın üzvlərinin cinsi əlaqə zamanı çəkilən görüntüləri ortaya çıxıb. Bundan başqa, qadınların estetik əməliyyat etdirmələrinin səbəbləri də məlum olub. Belə ki, A.Oktar qrup üzvlərini məktəb dönəmində sevdiyi qadına bənzətmək istədiyi üçün onları məcbur əməliyyat etdirib. Həmçinin onun tanıdığı rəssamlara qrupdakı qadınların rəsmlərini çəkdirməsi, daha sonra isə bu rəsmləri özü çəkdiyini bildirərək hər kəsi aldatması da ortaya çıxıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində A.Oktarla yanaşı, 168 nəfər də yaxalanıb.

 

Həmçinin oxuyun

Deputatlarımız harada istirahət edəcəklər? – Telefonlarımız daima açıqdır

Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti …