Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Aktual / Adnan Oktar işi ilə bağlı araşdırma başladı- Azərbaycanda

Adnan Oktar işi ilə bağlı araşdırma başladı- Azərbaycanda

Adnan Oktar işi ilə əlaqədar Azərbaycanda da araşdırma başlayıb. BakuPost xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Adnan Oktar təşkilatının Azərbaycandakı nümayəndəliyi də ifşa olunub.

Bu təşkilatın 200 azərbaycanlı üzvü olduğu bildirilir. Sözügedən şəxslərin Türkiyədə İbrahim Tuncer və Didem Ürerlə əlaqələri olduğu iddia edilir.

Türkiyə KİV-lərinin xəbərinə görə, təşkilata maddi və qadın dəstəyi verən Azərbaycan nümayəndəliyi Adnan Oktarın həbsindən sonra sosial media vasitəsilə ona dəstək olmağa başlayıb. Adnana dəstək verən azərbaycanlılar isə hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək, barələrində araşdırma başlayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl saxlanılan Oktar azyaşlı qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması və cəsusluqda ittiham olunur.

Əməliyyat zamanı ona məxsus obyektlərdən çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Onu da əlavə edək ki, bir müddət əvvəl Azərbaycanda Adnan Oktarın tərəfdarlarının videosu yayılmışdı. Həmin videoda bir neçə şəxs Oktarı sevdiyini dilə gətirmişdi. Həmin videonu təqidm edirik:

 

Həmçinin oxuyun

Aytəkin Alxaslı təltif olundu – Foto

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hazırda işsiz olan jurnalist Aytəkin Alxaslını təltif edib.  …