Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Adnan Oktar daha “kediciklər”i verilişinə dəvət etməyəcək

Adnan Oktar daha “kediciklər”i verilişinə dəvət etməyəcək

İctimaiyyət arasında və media dünyasında “Adnan Hoca” adı ilə tanınan Adnan Oktar verilişinə dəvət etdiyi və müxtəlif cür rəqslərlə tamaşaçıların diqqətini cəlb edən gözəl qadınların bundan sonra proqramda yer almayacaqlarını bildirib.

Türkiyə mediasında çıxan xəbərlərə görə, RTÜK-ün kəsdiyi cəzanın ardından belə bir açıqlama yayılıb.

Qeyd edək ki, bir neçə ildir Türkiyədə, eləcə də ölkəmizdə populyar olan veriliş istər dindar camiədə, istərsə də mühafizəkar insanlar arasında ciddi tənqidlərə məruz qalır. İnsanlar dini-mənəvi yönümlü olan bir verilişdə açıq-saçıq geyinmiş gözəl qadınların erotik rəqs etmələrini, “hoca”ya açıq rəğbət bildirmələrini, eyni zamanda dindən-imandan danışmalarını qəbul etmir, buna öz tənqidi münasibətlərini bildirirlər.

Son vaxtlar Adnan Oktarın verilişlərində açıq-saçıqlı daha da artmışdı və bu RTÜK-ün də diqqətini cəlb etmişdi.

Картинки по запросу Adnan oktar və kediciklər

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …