Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Adil İsmayılov Vəkillər Kollegiyasına çağırıldı: “Guya mən onların şərəf və ləyaqətinə toxunmuşam

Adil İsmayılov Vəkillər Kollegiyasına çağırıldı: “Guya mən onların şərəf və ləyaqətinə toxunmuşam

Bu gün vəkil Adil İsmayılov Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinə çağırılıb.
Bu barədə “Report”a A.İsmayılov məlumat verib.
A.İsmayılovun sözlərinə görə, VK-dan ona bildirilib ki, bir neçə vəkil ondan Kollegiyaya şikayət edib: “Guya mən onların şərəf və ləyaqətinə toxunmuşam. Məni həmin ərizələrlə tanış etdilər. Dedilər ki, martın 15-də Rəyasət Heyətinin keçiriləcək iclasında qərar veriləcək”.
Qeyd edək ki, son günlər A.İsmayılovla bir neçə vəkil, o cümlədən VK-nın sədri Anar Bağırov sosial şəbəkələrdə bir-birini tənqid edir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …