Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / ADİL ƏLİYEVLƏ “QUSKA” ÜZ-ÜZƏ GƏLDİ: “Səndən fərqli olaraq bir yerə vururam”

ADİL ƏLİYEVLƏ “QUSKA” ÜZ-ÜZƏ GƏLDİ: “Səndən fərqli olaraq bir yerə vururam”

Azinforum.az xəbər verir verir ki,  hazırda mühacir həyatı yaşayan Hüseyn Abdulayev (QUSKA) seçki ərəfəsində millət vəkili Adil Əliyevin bostanına “daş atıb”.  Onun ittihamlarına Adil Əliyev cavab verib. Azinforum.az həmin münasibəti təqdim edir:

“Deyəsən, apardığım uğurlu seçki kampaniyam müxaliflərimin sayını artırır. Bundan çəkinmirəm. Demək düz yoldayam. İndi də mənə qarşı keçmiş millət vəkili Hüseyn Abdullayevi danışdırıblar. Bugünlərdə məndən müsahibə götürən jurnalistlərdən biri Hüseyn Abdullayevin vaxtilə millət vəkiliyindən uzaqlaşdırılmasıyla bağlı sual verib, cavabımda həmin olayla bağlı öz düşüncələrimi bölüşmüşəm. İstəyən “Qaynar Qazan” layihəsinin ikinci hissəsində yayınlanan müsahibəmi bir daha nəzərdən keçirə bilər. İndi Hüseyn Abdullayev guya özlüyündə mənə cavab verib, “nala-mıxa vurduğumu” deyib. Doğrusu bu adda şəxsi unutmuşdum, çünki çoxdandır xəbəri də gəlmir, yenə Azərbaycanda olanla mahnıdan-zaddan bəstələyirdi, adını ara-sıra kliplərdən eşidirdik, indi onu da yadırğayıb, yəqin Almaniyada “ilham pərisi” qeybə çəkilib. Hüseyn Abdullayev, mən Sənin təbirincə desək, “nala-mıxa vurmuram”. Səndən fərqli olaraq bir yerə vururam. Bəli, mən prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm və bu kursa da sadiqəm. Mən başqaları kimi dünən hakimiyyəti, bu gün müxalifəti dəstəkləyənlərdən deyiləm. 180 dərəcə dönüklük əqidəli insanların işi deyil. Hakimiyyəti bəyənməyən mübarizəsini vətənində aparar. Uzaq Avropada məskən salıb ona buna mesaj göndərməkdən mənasız iş yoxdur, bəlkə də heç başqa işi də yoxdur…”

Nüsrət İSAOĞLU

quska

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın