Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Aktual / Adil Əliyev adının böyük qalmaqalda hallanmasına münasibət bildirdi

Adil Əliyev adının böyük qalmaqalda hallanmasına münasibət bildirdi

“Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, məndə yazının sifariş olduğu şübhəsi qalmır”

 Xəbər verdiyimiz kimi, Səbail rayonu Bayıl qəsəbəsi Qurban Abbasov küçəsi 42 ünvanında fərdi həyət evləri “Dönüş” MMC tikinti şirkəti tərəfindən sökülür. Sakinlərə konpensasiya təklif edilmədən, onlarla heç bir razılığa gəlinmədən evləri uçurulur.

Bəzi saytlarda yer alan iddialara görə, sözügedən tkinti şirkəti millət vəkili Adil Əliyevə məxsusdur. Azinforum.az xəbər verir ki, millət vəkili məsələdə adının hallanması ilə bağlı öz “Facebook” səhifəsində münasibətini bildirib. O qeyd edib ki, 19 dekabr 2017-ci il tarixində virtualaz.org saytında, “Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: Bir də gördük evin damını uçururlar…” başlıqlı məqalədə adının hallanmasına təəssüf edir.

“Məqalədə adımın əsassız çəkilməsi və guya şirkətin mənə məxsus olması iddiası cəfənfiyyatdır. Burada obyektivlik pozulub. Məqalə yazılarkən mənim mövqeyim dərc olunmayıbsa, məndə yazının sifariş olduğu şübhəsi qalmır” — A.Əliyev yazıb.

“Mətbuatda çalışan dostlarım yaxşı bilirlər ki, mediaya açıq insanam. Əgər sayt mənim əleyhimə məqsədyönlü fikir formalaşdırmağı qarşısına məqsəd qoyubsa, indidən deyim ki, düz ünvan seçməyiblər. Biz belə insanlara sağlam şəkildə millətimizə və dövlətimizə xidmət etməklə cavab verəcəyik” — deyə millət vəkili əlavə edib.

 

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …