Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / ADI QLMAQALDA HALLANAN SABİQ DİREKTOR DANIŞDI: ” Onun məni doyməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”

ADI QLMAQALDA HALLANAN SABİQ DİREKTOR DANIŞDI: ” Onun məni doyməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”

Azinforum.az xəbər verir ki, bu gün əksər KİV-lərdə 33 yaşlı Vurğun Hacıyevin həbs edilməsi ilə bağlı məlumat yayılıb. Qeyd edilir ki, həmin şəxs bu yaxınlarda vəzifəsindən azad edilən 171 saylı məktəbin direktoru olmuş İradə Murquzovanın şikayəti əsasında həbs edilib.  Bəllidir ki, İradə Murquzova haqqında bir müddət əvvəl mediada çoxlu sayda tənqidi materiallar dərc edilib. Tənqidin əsas hədəfi onun rəhbərlik etdiyi  məktəbdə yaranan kredit qalmaqalı olmuşdu. Nəticədə İradə Murquzova tutduğu vəzifədən azad edildi. Xatırladaq ki, həmin vaxt İradə Murquzovanı tənqid edənlərin başında hüquq müdafiəçisi Teymur Rza dururdu. Şikayətlərə nəzərə saldıqda görünür ki, Teymur Rzanın həyat yoldaşı da İradə Murquzovanın bir vaxtlar rəhbərlik etdiyi məktəbdə çalışıb.

Həmin qalmaqal yenicə səngimək istəyirdi ki,  İradə Murquzovanın adı yenidən medianın gündəmində peyda oldu.

İradə Murquzovanın şikayəti əsasında həbs edilən  Vurğun Hacıyev  sabiq direktorla aralarında yaranan münaqişənin səbəbini mediaya açıqlamasında  belə izah edib:

“Məndən 23 min 700 manat pul alıb, 3700 manatlıq parket, 20 min də nağd pul. Mənə dedi ki, 2 hektar torpaq verəcək, bələdiyyə sənədi ilə. İndi nə pulu qaytarır, nə də torpaq verir. Neçə dəfələrlə məni aldatdı. Məni aldatdı ki, Ceyranbatanda yer var, sənədi də var, gedək onu verim. Getdim gördüm ki, o yer heç Ceyranbatanın ərazisi deyil, Sumqayıt ərazisidir. Qadını vurmadım. Dedim ki, maşının açarını ver mənə, get mənim pulumu gətir. O da məndən aralananda başını maşının qapısına vurdu”.

Azinforum.az məsələyə tam aydınlıq gətirmək üçün sabiq direktor İradə Murquzova ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, bu prosesi də özünə qarşı bir müddət əvvəl başladılan kampaniyanın tərkib hissəsi sayır:

“Kredit qalmaqalında da medianı mənim üstümə saldılar. Bunu məqsədli şəkildə təşkil etmişdilər. Hətta gedib Təhsil  Nazirliyinin yeni rəhbərliyinə demişdilər ki, güya mən, Misir Mərdanovun ən yaxın adamı olmuşam. Şərləyib məni vəzifədən çıxarandan sonra da sakitləşmirlər. Bu gün yayılan xəbərlərdə adı çəkilən və hazırda həbs olunan Vurğun Hacıyevi mən tanıyıram. Amma mənim ona bir qəpik də olsun borcum yoxdur. Əksinə, o mənə pul borcludur. Aramızda yaranan qalmaqalla bağlı mən onun barəsində polisə şikayət etmişdim. Məndən əvvəl Vurğunun barəsində başqa bir qadın da şikayətçi olub. Onun məni doyməsi ilə bağlı yayılan xəbərlər də həqiqəti əks etdirmir. O, mənim şikayətim əsasında keçirilən məhkəməyə gəlmədiyi səbəbindən barəsində həbs qərarı verilib. Burnumdakı zədə isə keçirdiyim qəza ilə bağlıdır. Mən mediadan xahiş edirəm, dəqiqləşdirilməmiş məlumatları yazmasınlar. Hər halda, mənim də bir qadın, ana olmağımı, uzun müddət böyük bir məktəbə rəhbərlik etdiyimi nəzərə almalıdırlar. Axı, mənim də qohumlarım var. Biz belə xəbərlərdən böyük sarsıntı keçiririk”.

Vidadi CƏNUBLU

Azinforum.az

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın