Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Adı “qara” olsa da, qıpqırmızı bir gün… – milyardlar xərclənir, milyardlar qazanılır

Adı “qara” olsa da, qıpqırmızı bir gün… – milyardlar xərclənir, milyardlar qazanılır

“Qara cümə” barədə bilmədiklərimiz

Bu gün ABŞ-da “Qara cümə” adlandırılan özəl gündür. Bu, ənənəvi yeni il satışları mövsümünün başladığı endirimlər günü sayılır. Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, noyabrın sonuncu cümə axşamı – Şükranlıq günü Amerikada qeyri-iş günü hesab olunur. Vətəndaşlar bu günü adətən ailələri ilə birlikdə süfrə arxasında keçirirlər. Lakin bəzi dükanlar ilin ən əsas endirimlərini artıq cümə axşamından başlayır. Vaşinqtondakı mağazaların açılmasına hələ bir neçə saat qalmış onların qarşısında uzun növbələr düzülüb. Bəzi alıcılar hətta çadırlarda gecələyib.

Mağazaların bir çoxunda endirimlər noyabrın əvvəlindən başlasa da, ən cəlbedici təkliflər məhz cümə günü – Şükranlıq bayramından sonra təqdim olunur.

Amma bu tarix təsadüfən yaranmayıb. Bu alver gününə ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən “Black Friday” adı qoyulub. Bunun səbəb olaraq isə o gün Fladelfiyada alış-verişdən ötəri nəqliyyatda yaranan “tıxac”lar və digər çətinliklər göstərilib. Ancaq 1975-ci ildə “Black Friday” üçün başqa mənalar da işlədilməyə başladıldı. Çünki “Black Friday”, adındakı “Qara” ifadəsinə baxmayaraq, bir çox adam tərəfindən qara deyil “Pink” (çəhrayı) hesab edilirdi.

Çünki bu dövrdə bir çox mağaza, ilin ən yaxşı gününü yaşayır və gəlirlərini olduqca yüksəldirlər. O günə qədər il ərzində zərər edən firmalar həmin gün səbəbindən ili böyük qazancla bağlaya bilirlər.

“Black” sözü ilə bağlı başqa yozumlar da var. Bunlardan ən geniş yayılanı onun ingiliscədə eyni zamanda mühasibatlıq dilində də tez-tez istifadə edilən bir söz olmasıdır. Belə ki, “Black” balansda qazanc ilə zərərin başabaş gəldiyi nöqtə üçün də istifadə edilən bir təbirdir. Bu səbəbdən də “Black Friday” şirkətlərin zərərdən başabaş nöqtəsinə gəlməsini təmin edən gün olaraq da adlandırılır.

Image result for black Fridy

Bundan başqa, ABŞ-ın şirkətləri zərərlərini mühasibat hesablarına qırmızı qələmlə yazarlar, qazanc əldə etdikləri nöqtədə qara qələm istifadə edirlər. “Qara cümə”, şirkətlərin o gün üçün yalnız qara qələm istifadə etməsinə səbəb olduğundan “Black Friday” belə bir məna da verir.
Bu dövrdə edilən alverə bariz bir nümunə kimi “Wal-Mart” göstərilə bilər. Dünyanın ən böyük pərakəndə mağazalar şəbəkəsi həmin gün milyardlarla dollar gəlir əldə edir.

Dünya boyunca bir sıra sosial media istifadəçiləri isə bu gün heç nə almayın mənasını verən #buynothingday həştəqi ilə bu günə qarşı çıxır və insanları kütləvi alış-verişdən yayınmağa çağırırlar. Əksər etirazçılar bu günü insanlar üçün qurulan pul tələsi hesab etdikləri üçün buna qarşı çıxırlar.

Amma bu etirazlara baxmayaraq, “Qara cümə” günü bazarlıq edəcək şəxslərin sayı ildən-ilə artır. Məsələn, 2015-ci ildə Amerikada “Qara cümə” bazarlığı edən alıcıların sayı təxminən 135 milyon nəfər olub. 2016-cı ildə isə bu rəqəm 155 milyon nəfər təşkil edib.

Qara cümə” gününün qaynaqlandığı məkan Filadelfiya hesab olunur. Həmin gün şəhərin küçələrində böyük izdiham müşahidə olunurdu. Bu ifadənin ilk dəfə 1961-ci ildə istifadə olunduğu güman olunur. 1975-ci ildən etibarən isə “Qara cümə” Filadelfiyanın hüdudlarını aşır.
“Qara cümə” günündə ticarət mərkəzləri malların aşağı qiyməti satılmasından gəlir itirsə də, alıcının çoxluğu bu itkini kompensasiya edə bilir.
ABŞ-dan əlavə bu gün Böyük Britaniya və Kanadada da mövcuddur. Həmçinin onlayn alış-veriş şirkəti olan Amazonda da həmin gün endirimlər tətbiq olunur.

Əvvəllər mağaza və ticarət mərkəzləri saat 6:00-dan etibarən açılırdı. Lakin müştəri çoxluğunu nəzərə alan satıcılar artıq mağazaları gecə saatlarından açmağa başladılar. Bu səbəbdən hətta bəzi alıcılar 1 gün əvvəldən mağazaların önündə çadırlar qururlar. Insanlar mallar üzərində sözün əsl mənasında əsl ölüm-dirim mübarizəsi aparır. Bu səbədən hər il “Qara cümə” günündə xəsarət alanların sayı artmaqda davam edir. Bununla bağlı internetdə də bir çox görüntülər yer alıb. Həmin görüntülərdə insanların necə amansızlıqla bir-birini itələməsi, tapdaması, bəzənsə növbədə yaratdıqları xaos dəhşətə səbəb olur.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …