Şənbə , Yanvar 22 2022
Ana səhifə / Aktual / ADAU-nun adının hallandığı daha bir QALMAQAL… – BU NƏDİ BELƏ?

ADAU-nun adının hallandığı daha bir QALMAQAL… – BU NƏDİ BELƏ?

Gəncə Şəhər Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunub.

Bu barədə “Hürriyyət”in əməkdaşı Azər Allahverdiyev xəbər verib.

Xatırladaq ki, Zakir Hüseynov tutduğu nöqsanlara görə 02.07.2020-ci ildə Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsindən kənarlaşdırılmışdı. Lakin az müddət sonra Azərbaycan Dövlət Aqrar Universiteti işsiz qalan Z.Hüseynova öz qapılarını açdı. Belə ki, o, 16.11.2020-ci ildə ADAU-nun “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsinə təyin olundu.

Ümumiyyətlə, Z.Hüseynovun universitetdə bir dəfə də olsun dərs keçmədiyi halda, “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəinə təyin olunması müəmmalıdır. Görünür, onunla rektor İbrahim Həsən oğlu Cəfərov arasındakı dostluq qırılmaz zəncirlə bağlıdır.

Əldə etdiyimiz məlumatlara görə, sabiq təhsil şefi Zakir Hüseynov 2021-ci ilin avqust ayında 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunub. 06.09.1999-01.03.2012-ci illərdə Gəncə şəhər M.C.Paşayev adına 39 №-li tam orta məktəbdə direktor, 01.03.2012-02.07.2020-ci illərdə Gəncə şəhər Təhsil İdarəsinin müdiri, 16.11.2020-ci ildən isə ADAU-nun “İnformasiya texnologiyaları” kafedrasının müdiri vəzifəsində işləyən bu şəxsin 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsinin sədri təyin olunması qanuna ziddir.

Qeyd edək ki, ondan əvvəl Gəncə Şəhər 38 saylı Nizami İkinci Seçki Dairəsinin sədri Azərbaycan Texnologiya Universitetinin Ümumi və tətbiqi fizika kafedrasının müdiri Cəfərov Məntiq Bahadur oğlu idi. Lakin M.Cəfərova Təhsil Nazirliyi tərəfindən bildirilib ki, bir şəxsin iki vəzifə tutması qanuna ziddir, ya kafedra müdiri, ya da Dairə sədri işləyə bilərsiz. Bundan sonra o, Zakir Hüseynovdan fərqli olaraq, təhsili üstün tutduğundan, kafedra müdiri vəsifəsini davam etdirərək öz ərizəsi ilə 38 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin sədrliyindən istefa verdi.

Maraqlı odur ki, bu posta təyin olunan Gəncə Təhsil İdarəsinin sabiq rəisi Zakir Hüseynov, qeyd etdiyimiz kimi, hazırda Gəncə Aqrar Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının müdiri işləyir.

Gülməlidir, elə deyilmi?

Hurriyyet.az

Həmçinin oxuyun

Kərim Şükürovun istefası qəbul olunmayıb

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi (AMEA) Tarix İnstitutunun Baş direktoru professor Kərim Şükürovun vəzifəsindən istefa …