Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Adama deyən gərək, deputatlıq sənin nəyinə lazımdır?!” – Qubad İbadoğlundan sabiq nazirin oğluna mesaj

“Adama deyən gərək, deputatlıq sənin nəyinə lazımdır?!” – Qubad İbadoğlundan sabiq nazirin oğluna mesaj

“Hərənin bir problemi var, bəzi adamların ağlı var, pulu yoxdur, digərlərinin isə ağlı yoxdur, pulu çoxdur”.

Azinforum.az “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu ekspert Qubad İbadoğlu sosial şəbəkədə mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu haqda yazıb.

Q. İbadoğlu deyir ki, 46-cı Şirvan seçki dairəsindən deputatlığa keçmiş namizəd olan Rəşad Camalov ikincilərdəndir: “Mətbuatda Camalovların varidatı ilə bağlı dərc olunan yazılardan göründü ki, onun yaxşı pulu var, amma ağlı yoxdur. 

Ağlı olsaydı, deputat olmaq fikrinə düşməzdi, 10-15 istedadlı Azərbaycan gəncini xaricə oxumağa göndərər, 20-30 şəhid ailəsinə yardım edərdi. Adama deyən gərək, deputatlıq sənin nəyinə lazımdır?

Heç şübhəsiz ki, bundan sonra işini də itirəcək, hələ üstəlik varını və dövlətini də, qələmi də sınacaq, kitabı da bağlanacaq. Burda deyirlər ki, ata malı uşağı yanşaq eylər…”.

Xatırladaq ki, Y. Camalovun oğlu Rəşad Camalovun deputatlığa namizədliyi ötən gün MSK tərəfindən ləğv olunub. Buna səbəb onun ikili vətəndaşlığının olması göstərilib.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …