Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Ad günü keçirmək qadağan olundu – MƏMURLARA XƏBƏRDARLIQ…

Ad günü keçirmək qadağan olundu – MƏMURLARA XƏBƏRDARLIQ…

Özünü başqalarına göstərmək, əyyaşlıq etmək niyyəti ilə doğum günü keçirən, doğrudan da, günaha batır…

Tanınmış ruhani dövlət telekanalıyla canlı yayımda çıxış edərək doğum gününün keçirilməsini qadağan edən fətva verdi.
Azinforum.az  xarici İslam saytlarına istinadla yazır ki, söhbət Səudiyyə Ərəbistanından gedir.
Krallığın məşhur din xadimi Abdulla əl-Mutləkin ad gününü qadağan edən fətvası ölkədə geniş müzakirə və mübahisələrə səbəb olub. Ruhani hesab edir ki, doğum günü kimi şənliklər ailə büdcəsinə baha başa gəlir. Amma artıq imkanları olan müsəlmanlar belə, həmin vəsaitləri daha layiqli işlərə xərcləməlidirlər. Bir çox ölkə sakinləri ruhaninin fətvasının sağlam düşüncəyə söykəndiyini qeyd eədərək ona dəstək veriblər. Bəziləri isə hesab edir ki, ailə büdcəsi din xadimlərinin məşğul olacağı məsələ deyil.
P.S. Əslində İslam baxımından, ümumiyyətlə, doğum gününü qeyd etməyi günah  hesab etmək doğru deyil.  Vəhhabilik kimi bəzi qondarma dini cərəyanlar insanları İslamdan uzaqlaşdırmaq üçün bu cür sərt  qadağalar tətbiq edirlər. Belələri hətta Peyğəmbərin(s) və digər  müqəddəs, tanınmış şəxslərin mövludunu keçirməyi də haram sanırlar. Halbuki, Allahın insan üçün haram və günah buyurduğu əməl və davranışların yer almadığı istənilən tədbirə qadağa qoymaq doğru deyil. Sadəcə, hər bir tədbirdə haram-halal çərçivəsini  gözləmək gərəkdir.
İslam.az saytı isə doğum günü keçirilməsinin islami qaydaları haqda maraqlı şərh verib:
“Ad günü insanı təkəbbürə salmamalıdır. Əgər kimsə qohumları və dostları bir araya yığmaq, onlarla görüşmək, sileyi-rəhim etmək niyyəti ilədoğum günü keçirirsə, bunu təqdirəlayiq hal hesab etməliyik. Yox, əgərkimsəözünügöstərmək, hədiyyətoplamaq, haramüsullarlaəylənməküçünadgünükeçirirsə, əlbəttə, günahedir. İkincisi, adgünüməclislərindəisrafayolvermək, hədsiztəmtəraqlısüfrəaçmaqolmaz. Üçüncüsü, məclisharamdanuzaqşəkildəkeçirilməlidir. Süfrədəhalalyeməklərolmalı, haramqidavəiçkilərdənçəkinməli, naməhrəmlikşərtlərigözlənməlidir. Əgərbuqaydalarariayətedilərsə, adgünükeçirməkicazəlidir…”

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …

Bir cavab yazın